İŞİD liderinin oğlu və arvadı tutulub
02 dekabr 2014 11:49 (UTC +04:00)

İŞİD liderinin oğlu və arvadı tutulub

0
 İŞİD lideri Əbubəkr əl-Bağdadinin ailə üzvləri tutulub.

 

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Livan ordusu Bağdadinin arvadı və oğlanlarından birini Suriya sərhədindən keçərkən saxlayıb.

 

Livan təhlükəsizlik rəsmiləri Bağdadinin zövcələrindən olan qadının adı və milliyyəti barədə informasiya verməyiblər.

 

Qeyd edək ki, bir müddət əvvəl Bağdadinin ABŞ bombardmanı nəticəsində öldüyü barədə məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1526

Oxşar yazılar