Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, özünü xəlifə elan İŞİD lideri Əbubəkr əl-Bağdadi Ərdoğana ona beyət etməyi təklif edib.
Terrorçu qruplaşma rəhbəri "Twitter"də atdığı tvitdə Türkiyənin yeni prezidentini təhdid edib:
"Ərdoğan dünyəvi bir insandır, şəriətə görə davranmır və peşmergəni dəstəkləyir... Yaxında özünüzü İslam oğullarının birbaşa qarşısında görəcəksiniz. Ərdoğan dərhal mənə beyət etməlidir".
İŞİD-ə görə mürtəd elan edilən Ərdoğanın bu təhdidlərə necə cavab verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, İŞİD lideri Əbubəkr əl-Bağdadinin əslində yəhudi kəşfiyyatçısı ölduğu bildirilir.
Belə ki, ABŞ-ın Rusiyada sığınacaq tapmış Edvard Snouden Bağdadinin ərəb yox, yəhudi olduğunu açıqlamışdı. Əsl adının Şimon Eilot olduğunu bildirmişdi.