İŞİD İraqın daha bir şəhərini zəbt etdi
14 dekabr 2014 02:52 (UTC +04:00)

İŞİD İraqın daha bir şəhərini zəbt etdi

0

İŞİD terror qruplaşmasının silahlıları İraqın Anbar əyalətindəki Əl Vəfa şəhərini nəzarətə alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Deyli Star” nəşri məlumat yayıb.

 

“Polis qüvvələri dekabrın 12-dən silahlılarla döyüşüb, lakin döyüş sursatının çatışmazlığı onları  geri çəkilməyə və şəhəri əldən verməyə məcbur edib”, deyə nəşr şəhərin meri Hüseyn Kasarın sözlərini sitat gətirib.

 

 Döyüşlərdə 19 polis əməkdaşının həlak olduğu bildirilir.

 

Beləliklə, Anbar əyalətində artıq üçüncü şəhər İŞİD-in nəzarətinə keçib. Bundan əvvəl silahlılar əyalətin Xit və Kubais şəhərlərini nəzarətə alıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar