İŞİD İraqda terror törətdi: 38 ölü
02 iyun 2015 00:21 (UTC +04:00)

İŞİD İraqda terror törətdi: 38 ölü

İraqın Ramadi şəhərində törədilmiş partlayış nəticəsində 38 nəfər ölüb,  azı 10 nəfər xəsarət alıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze polis bazasının yerləşdiyi ərazidə minalanmış avtomobili partladıb.

 

Həkimlər ölənlərin sayının artacağını istisna etmir. İraq rəsmilərinin məlumatına görə, hadisənin İŞİD qruplaşması tərəfindən təşkil olunduğu ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241

Oxşar yazılar