İŞİD İraqın Ramadi şəhərində aralarında qadın və uşaqların olduğu 200-ə yaxın insanı girov götürüb. Lent.az-ın xəbərinə görə, bu barədə sünni Əl-Bunimer tayfasının şeyxi Naim əl-Kaud “Anadolu” agentliyinə açıqlamasında bildirib. Naim əl-Kaudun sözlərinə görə, İŞİD terrorçuları Hit qəsəbəsində Əl-Bunimer tayfasının üzvlərinə zor tətbiq etməklə onları Rasul Ma bölgəsinə aparıb.
50 nəfər qətlə yetiridiyini, o cümlədən, 200 nəfəri girov götürdüyünü qeyd edən Naim əl-Kaud əsirlərin taleyindən narahatlığını ifadə edib.