İŞİD terror qruplaşması tərəfdarlarını Fransada yeni terror aktları törətməyə çağırıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, çağırış terrorçuların internetdə yaydıqları son video çarxda yer alıb.
Üzü maskalı silahlı Fransada yaşayan müsəlmanlara müraciət edərək onları İŞİD qruplaşmasına qoşulmağa çağırır. O, həmçinin, hərbçi və polis əməkdaşlarına hücum etməyə çağırıb.