İŞİD ələ keçirdiyi Palmirada edamlara başladı
22 may 2015 01:53 (UTC +04:00)

İŞİD ələ keçirdiyi Palmirada edamlara başladı

İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Palmira şəhərini ələ keçirdikdən sonra azı 17 nəfəri edam edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan haqlarının monitorinqi mərkəzinin məlumatında bildirilir.  

 

Məlumata görə, edam edilən dinc sakinlərdən 4-nün başı kəsilib. Öldürülən şəxslərin yerli icra orqanların əməkdaşları olduğu bildirilir. Silahlılar onları rejimlə əməkdaşlıq etməkdə günahlandırıb.

 

Hüquq müdafiəçilərinin sözlərinə görə, silahlılar şəhərin sakinlərinə evlərini tərk etməməyə əmr edərək evlərdə axtarış aparıb. Axtarışların məqsədi digər hökumət tərəfdarlarının aşkarlanmasıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar