Əfqanıstan ilk dəfə rəsmi olaraq ölkə ərazisində İŞİD terror qruplaşmasının silahlılarının olduğunu təsdiqləyib. APA-nın verdiyi xəbərə görə, Əfqanıstan prezidenti Əşrəf Qaninin mətbuat katibi “BBC”yə müsahibəsində İŞİD silahlılarının ölkədə olmasına artıq heç bir şübhənin olmadığını qeyd edib.
Onun sözlərinə görə, bu hal ciddi narahatlıq doğurur və hökumətin qətiyyən bununla barışmaq niyyəti yoxdur.
Qani İŞİD qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinən iki səhra komandirin məhv edilməsi məlumatlarının təsdiqləndiyini qeyd edib. Onlardan biri ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi, digəri isə yerli hərbçilərin əməliyyatı nəticəsində məhv edilib.