Yaxın Şərqdə və bütün dünyada tanınmış arxeoloq Xalid əl-Əsəd İŞİD terrorçuları tərəfindən qətlə yetirilib.
Lent.az-ın islaminsesi.org-a istinadən məlumatına görə, bir ay əvvəl İŞİD tərəfindən əsir götürülən Suriyanın tarixi məkanı Tadmur (Palmir) tərk etməyən arxeoloqu sevimli şəhərinin ortasında dirəyə bağlanaraq başı kəsilib.
Suriya mətbuatında verilən xəbərə görə, tanınmış arxeoloq dünyanın ən qədim şəhərlərindən olan Palmirdə arxeoloji axtarışlarına davam edirmiş.
Antik şəhəri darmadağın edən İŞİD terrorçuları tanınmış professor öldürmək qərarını çoxdan vermişdi.
Qeyd edək ki, 82 yaşlı professor 50 ildən çoxdur ki, Plamirdə muzey rəhbəri kimi çalışıb.
Ötən ilin may ayından Tadmuru darmadağın edən İŞİD terrorçularını vəhşiliyinə qarşı dirəniş göstərən, tarixi abidələri qorumağa çalışan arxeoloqun “Palmir” adlı elmi-tədqiqat əsəri dünyanın ən nüfuzlu kitabxanalarında saxlanılır, ali məktəblərində tədris edilir. Terrorçular alimin “İŞİD-ın gəlişi təkcə, bütün şəhəri, əhalini deyil, dünya mədəniyyətinin ən gözəl incisini də məhv edəcək” etirazına qəzəblənmişdilər.
ABŞ, Fransa, Almaniya arxeoloqları arxeoloji qazıntılar və tədqiqat sahəsində son on ildə Xalid əl-Əsədlə sıx əməkdaşlıq edirdilər.
Arxeoloq alimin YUNESKO-nun Dünya İrsi siyahısında yer alan, iki min ildən çox yaşı olan, dünyanın antik şəhəri Tadmurla bağlı apardığı tədqiqatları dünyanın dörd bir yanında maraqla izlənir. Tadmur tədqiqatçısı kimi tanınan alimin qətli bütün dünyada mənfi qarşılanıb.