İŞİD daha bir məscid partlatdı: 15 ölü
07 avqust 2015 00:17 (UTC +04:00)

İŞİD daha bir məscid partlatdı: 15 ölü

0

Səudiyyə Ərəbistanın cənub-qərbindəki Abha şəhərində məscidlərin birində  törədilən partlayış nəticəsində 12-si təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 15 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın DİN-i məlumat yayıb.

 

Məlumata görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.

 

Qeyd edək ki, mayda  Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb. Partlayışlara görə məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar