İŞİD daha bir livanlının başını kəsdi
07 sentyabr 2014 01:12 (UTC +04:00)

İŞİD daha bir livanlının başını kəsdi

“İslam Dövləti” terror qruplaşmasının üzvləri Suriya ilə həmsərhəd Ərsal şəhərində girov götürülmüş ikinci livanlı əsgəri edam edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Manar” telekanalı məlumat yayıb.   

 

Livan ordusunun komandanlığı bu məlumatı hələlik təsdiqləməyib. Girovluqda hələ də 26 livanlı hərbçinin olduğu bildirilir. Onlar bu ilin avqustun əvvəlində “İslam Dövləti” və “Cəbhə ən Nusra” terror qruplaşmalarının Ərsal şəhərinə hücumu zamanı əsir götürülüblər.

 

Bundan əvvəl, avqustun 28-də  terrorçular livanlı hərbçi  Əli əs Seyidin başını kəsərək edam ediblər. Sentyabrın 4-də “İslam Dövləti” terror qruplaşmasının üzvləri Livan vətəndaşı Kayed Qdadanı edam edib.

 

Terrorçular onların “Hizbullah” hərəkatı ilə əlaqəli olduğunu iddia ediblər.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1442
avatar

Oxşar yazılar