İŞİD CV yığmağa başladı
21 iyun 2014 15:20 (UTC +04:00)

İŞİD CV yığmağa başladı

0

İraq Şam İslam Dövləti (İŞİD) CV-lərlə terrorçu yığmağa başlayıb. 
Lent.az-ın anspress-ə istinadən verdiyi məlumatına görə, İraqda döyüşmək istəyənlər İŞİD-ə müraciət edərkən onlardan CV tələb olunur. CV-lərə baxıldıqdan sonra İŞİD yeni “cihad”çılarla müqavilə bağlayır. Müqavilədə isə belə bir maddə var: “İŞİD-ə öz istəyimlə qatılıram, mənə heç bir təzyiq edilməyib”.

Türkiyə mətbuatı yazır ki, müqavilə bağlanandan sonra yeni terrorçular Suriyaya göndərilir və onlar burada xüsusi təlimlərdən keçirlər. Yeni “cihad”çılar Suriyaya Türkiyə ərazisində keçirilərək aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2700

Oxşar yazılar