İŞİD ABŞ-da terror aktı törətdi, ölənlər var
04 may 2015 11:54 (UTC +04:00)

İŞİD ABŞ-da terror aktı törətdi, ölənlər var

ABŞ-da Məhəmməd peyğəmbərin karikaturası silahlı insidentə səbəb olub. APA TV-nin xəbərinə görə, hadisə Texas ştatında baş verib.
 
Amerika Azadlığın Müdafiəsi Təşəbbüs Qrupu tərəfindən Məhəmməd peyğəmbər mövzusunda karikatura yarışmasının keçirildiyi salonun qarşısında atışma olub. Salonun yerləşdiyi Harland şəhər polisinin açıqlamasına görə, avtomobildən iki silahlı düşərək salonun önündəki mühafizəçilərə atəş açıb. Polislərin qarşılıq verməsi nəticəsində hücum edənlər öldürülüb, bir mühafizəçi yaralanıb. Açıqlamada hücumun "Kurtis Culvel Center"də keçirilən yarışma ilə bağlı olub-olmadığı və hücum edənlərin kimliyi barədə məlumat verilməyib. Atışmadan sonra salon boşaldılıb. 10 min dollar mükafatlı yarışmaya hollandiyalı siyasətçi Gert Uilders də qatılıb.
 
Qeyd edək ki, Amerika Azadlığın Müdafiəsi Təşəbbüs Qrupu Nyu Yorkda Dünya Ticarət Mərkəzi yaxınlarında İslam Mərkəzinin açılmasına qarşı kampaniya aparıb.
 
Son məlumata görə, bu arada İŞİD terror təşkilatı baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar