İŞİD ABŞ-da terror aktı planlaşdırıb
26 aprel 2015 05:34 (UTC +04:00)

İŞİD ABŞ-da terror aktı planlaşdırıb

İŞİD terror qruplaşmasının tərəfdarları  ABŞ ərazisində terror aktı törətməyi planlaşdırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, Federal Tədqiqatlar Bürosu (FTB) məsələ ilə əlaqədar müvafiq istintaq tədbirləri keçirir.

 

Telekanalın məlumatına əsasən, istintaq tədbirlərinin başlanmasına səbəb xüsusi xidmət orqanlarının gizli dinləmə nəticəsində əldə edilən telefon danışığının məzmunu və digər kəşfiyyat materialları olub. Məsələnin təfərrüatları açıqlanmır. Məsələ ilə bağlı hələlik heç kim saxlanılmayıb.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar