İŞİD terror təşkilatı Suriyada Bəşər Əsədə qarşı vuruşan “Əl Nusra cəbhəsi”nin iki liderini Rakka şəhərində edam edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Londonda fəaliyyət göstərən müxalif Suriya insan haqları təşkilatı məlumat yayıb.
İnsan haqları təşkilatından “Əl Nusra” liderlərinin bir müddət əvvəl İŞİD-ə qoşulduğu bildirilib. Edam edilən şəxslərin adları isə açıqlanmayıb: “Əl Nusra” liderləri “İŞİD”-ə qarşı mübarizə aparmaq” adı ilə edam olunublar”.