İŞİD 24 saatdan sonra ikinci yaponiyalı girovun başını kəsəcək
27 yanvar 2015 21:42 (UTC +04:00)

İŞİD 24 saatdan sonra ikinci yaponiyalı girovun başını kəsəcək

0

İŞİD terror qruplaşması girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu 24 saatdan sonra edam etmək niyyətində olduğunu elan edib. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, məlumata əsasən, edam İordaniyada həbsdə saxlanılan Səccidə ər Rişauyinin sutka ərzində azadlığa buraxılmayacağı təqdirdə baş tutacaq.  Səccidə ər Rişauyi 2005-ci ildə Ammanda partlayış törətməkdə ittiham olunaraq həbs edilib.  

 

Qeyd edək ki, İŞİD-in yaydığı video çarxda yaponiyalı girov Kendzi Qoto əlində silahlıların əsir götürdüyü iordaniyalı pilot Maaz Kəssasbehin şəklini tutub.  

 

Bundan əvvəl İŞİD girov götürdüyü Yaponiya vətəndaşıXaruna Yukavanı edam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar