İŞİD 90 xristianı girov götürdü
24 fevral 2015 14:25 (UTC +04:00)

İŞİD 90 xristianı girov götürdü

İŞİD Suriyanın şimal-şərqində yerləşən Əl-Hasiqə əyalətində 90 assuru giro götürüb. APA TV-nin məlumatına görə, bu barədə Suriyanın SƏNA agentliyi xəbər yayıb. Terrorçular qəflətən bölgədəki bir neçə kəndə hücum ediblər. Təll-Təmər rayonunda yüzlərlə insan qonşu əyalətlərə qaçmağa məcbur olub. Terrorçular artıq Əl-Hasiqə istiqamətində güclü hücuma keçiblər.


Bu arada " The New York Times" ABŞ-ın İŞİD-ə qarşı yeni əməliyyatlara başlayacağını yazıb. Mənbə əməliyyatların üç mərhələdən ibarət olacağını bildirir. İlk olaraq terrorçulara havadan zərbələr endiriləcək, ikinci mərhələdə İŞİD üzərinə təlim keçmiş İraq və kürd hərbi birləşmələri, o cümlədən digər sünni qruplaşmaların üzvləri göndəriləcək. Üçüncü mərhələdə isə terrorçuların hazırda nəzarət etdiyi ərazilərdə məhv edilməsidir ki, bu prosesin Obamanın hakimiyyət müddəti başa çatdıqdan sonra reallaşacağı ehtimal olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar