İŞİD terrorçuları beş nəfər parsabadlı sürücünün başını kəsib. Lent.az-ın faktxeber-ə istinadən məlumatına görə, bu barədə Səhər TV-ə xəbər yayıb. Xəbərdə deyilir ki, İraqın şimalına yük aparan maşın sürücüləri və onların köməkçiləri olan beş nəfərin ( 2 nəfər parsabadlı, 2 nəfər aslandüzlü və 1 nəfər biləsuvarlı) cənazəsi İraqın şimalından gətirilib.
Həmin şəxslərlə birlikdə olanlardan yalnız bir nəfəri qurtula bilib.
Onun dediyinə görə, İraqın şimalında İŞİD terrorçularına tuş gələn yük maşının sürücüləri özlərini sünni kimi təqdim etsələr də, terrorçular onlara inanmayıb, başlarını kəsiblər.