İŞİD terror qruplaşmasının silahlıları İraqın şimalında girov götürdükləri 300 yezidi edam edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “BBC” məlumat yayıb.
Məlumata görə, kütləvi qətl mayın 1-də Mosul yaxınlığındakı Tal Afar şəhərində törədilib.
Girovların hamısının başından güllələnərək edam edildiyi bildirilir.
Məlumata görə, İŞİD silahlıları əksəriyyəti qadın olmaqla 3 minədək ezid girov götürüb. Bu ilin aprelində silahlılar qocalar və xəstələr daxil olmaqla 200 yezidi azad edib.