İŞİD 28 efiopiyalı xristianı edam etdi
20 aprel 2015 11:49 (UTC +04:00)

İŞİD 28 efiopiyalı xristianı edam etdi

İŞİD terror təşkilatı Liviyada qaçırdığı 28 efiopiyalı xristianı edam edib. APA TV-nin məlumatına görə, terrorçular edam səhnəsini əks etdirən 29 dəqiqəlik video görüntü yayımlayıblar. Görüntülərin üzərində “Düşmən Efiopiya kilsəsi xaçının davamçıları” sözləöri yazılıb. Üzü bağlı və əlində tapança olan bir İŞİD terrorçusu xristianların islam dinini qəbul etməsinin, yaxud cizyə vergisi verməli olduğunu söyləyir. Daha sonra terrorçular 12 xristianın başını kəsir, digər 16 nəfəri isə güllələyərək öldürürlər. Qeyd edək ki, bundan əvvəl videoda göstərilən ərazidə 21 misirli xristian qətlə yetirilmişdi. Bu dəfə öldürülən efiopiyalı xristianların Liviyanın Barka və Fizan bölgələrində əsir götürüldüyü bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar