İŞİD tərəfindən iyunun 11-də girov götürülmüş Türkiyənin Mosul baş konsulluğunun əməkdaşından biri, xüsusi təyinatlı polis Veysəl Can "Axşam" qəzetinə müsahibə verib. Lent.az-ın xəbərinə görə, V.Can İŞİD-in konsulluq binasına hücumu ərəfəsində İraq hərbçilərinin şəhəri tərk etdiyini bildirib: “İŞİD döyüşçülərinin arasındakı bir türkman qapını açmağı tələb edirdi. Biz də cavab olaraq bildirdik ki, bu mümkün deyil. Daha sonra içərisində 500 kiloluq partlayıcı olan 3 pikapı giriş qapısının qarşısına yerləşdirdilər. Məqsədləri giriş qapıları partlatmaq idi. Təxminən min nəfər binanı mühasirəyə almışdı”.
V.Can baş konsulun keçmiş xarici işlər naziri Əhməd Davudoğlu ilə danışandan sonra təslim olduqlarını qeyd edib: “Baş konsul keçmiş xarici işlər naziri Əhməd Davudoğlu ilə əlaqə saxladı. Onun təlimatına əsasən, İŞİD qüvvələrinə silahlı müqavimət göstərmədik və təslim olmaq məcburiyyətində qaldıq. Təslim olduqdan sonra Azərbaycan əsilli İŞİD komandiri yanımıza gələrək, "sizi Türkiyəyə dərhal təhvil verməyəcəyik. Əvvəlcə Türkiyə ilə bəzi məsələlərdə razılığa gəlməliyik” dedi”.
"Azərbaycan əsilli İŞİD komandiri dedi ki..."
3598