İŞİD-lə döyüşdə 160 iraqlı hərbçi öldü
26 aprel 2015 02:32 (UTC +04:00)

İŞİD-lə döyüşdə 160 iraqlı hərbçi öldü

İraqın qərbində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 160-dək hərbçi həlak olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Sky News Arabia telekanalının məlumatına əsasən, Əl Faluca şəhərinin qərbində İŞİD qüvvələri ilə qızğın döyüşlər zamanı 159 əsgər və zabit həlak olub. Şiddətli döyüşlərin həmçinin Tartar rayonunda Anbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərinə aparan magistral yol boyu baş verdiyi bildirilir.   

 

Qeyd edək ki, İŞİD terror qruplaşmasının əcnəbi silahlıları ötən gün İraq-İordaniya sərhədində nəzarət-buraxılış məntəqəsində (NBM) terror aktı törədib.  

 

Terrorçu-kamikadzelərin İraqın Anbar əyalətindəki “Trebile” nəzarət-buraxılış məntəqəsində üç avtomobilin partlatması nəticəsində 15 hərbçi ölüb, 22 nəfər isə yaralanıb.  

 

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar