İŞİD-lə bağlı QORXUNC İDDİA
26 oktyabr 2014 16:55 (UTC +04:00)

İŞİD-lə bağlı QORXUNC İDDİA

0

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının sərnişin təyyarələrini vura biləcəyi iddia olnur. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Almaniyanın məşhur "Bild Am Sonntag" qəzeti ölkənin Federal Kəşfiyyat İdarəsindəki (BND) qaynağa əsaslanaraq bu iddia ilə çıxış edib. Bildirilir ki, İŞİD-in əlində yüksəkdən uçan sərnişin təyyarələrini vura biləcək müasir raket sistemləri var. Bu sistemlərin yarada biləcəyi təhlükə ilə bağlı BND nümayəndələri Almaniya hökumətini məlumatlandırıb.

 

Qeyd olunub ki, raketləri həm nəqliyyat vasitələrinin üzərindən, həm də çiyindən idarə etmək mümkündür.

 

İŞİD-in həmin silahları Suriya ordusunun depolarından əldə etdiyi və Şimali İraqda istifadə edə biləcəyi vurğulanıb.

 

Hazırda dünyanın böyük hava yolları şirkətlərindən "Austrian" və "Qatar Airlines" şirkətləri Şimali İraqa səfərlərin təşkilinə davam edirlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9881

Oxşar yazılar