ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə 16 hava zərbəsi endirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu koalisiya qüvvələrinin nümayəndəsi Tomas Qilleran bəyan edib.
“Bu, indiyədək Suriyada həyata keçirdiyimiz ən irimiqyaslı əməliyyatlardan biri idi. Hava zərbələri İŞİD-in Rakka şəhəri istiqamətindən irəliləmə imkanlarını zəiflətməlidir”, deyə T.Qilleran bildirib.
Xatırladaq ki, ABŞ və beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir.