İŞİD-in lideri yəhudidirmi?
31 iyul 2014 19:27 (UTC +04:00)

İŞİD-in lideri yəhudidirmi?

0

İran mətbuatı iddia edir ki, son vaxtlar Yaxın Şərq regionunda xeyli fəallaşan İŞİD-in lideri Əbubəkir ƏL Bağdadı ölüb və onun yerinə yəhudi milliyyətli agent keçirilib. Lent.az-ın məlumatına görə, bu barədə miliyyet.com saytı xəbər yayıb. Xəbərdə deyilir ki, yəhudi agent müsəlman deyil. Gerçək Əbubəkir Əl Bağdadı isə 2006-cı ildə ölüb.

 

Bildirilir ki, ABŞ kəşfiyyatçısı Edvard Snouderin “Wikileaks” sənədlərinə istinadən sübutlar əlavə olunub. Sənədə Bağdadinin yerinə keçən agentin saqqallı və saqqalsız fotoları da əlavə olunub.

 

Xəbərlərdə İŞİD-in ABŞ, İngilis və İsrailin birgə formalaşdırdığı bir təşkilat ola biləcəyi də iddia edilir. Məqsəd İsrailin bölgədəki təhlükəsizliyini təmin etməkdir. İŞİD-in İsrailin Qəzzaya etdiyi hücumlara reaksiya verməməsi də şübhələri artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2536

Oxşar yazılar