İraq və Şam İslam Dövləti (İŞİD) son altı ayda İraq və Suriyada nəzarət etdiyi ərazinin təxminən 700 kvadrat kilometrini itirib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.
Pentaqonda keçirilmiş mətbuat konfransında Kirbi bildirib ki, silahlı qruplaşma son dövrdə daha çox müdafiə mövqeyinə keçib, əlindəki mövcud əraziləri və tədarük şəbəkəsini qorumaqla məşğuldur.
"Hazırda əllərindəki sahəni qorumağa çalışırlar. Bu, altı ay əvvəlkinə nisbətən 700 kvadrat kilometr daha az sahə deməkdir", - deyə Kirbi vurğulayır.
O bildirib ki, koalisiya qüvvələrinin hava hücumları İŞİD-in qorumağa çalışdığı bu ərazilərə istiqamətlənib. Kirbi müharibənin hazırda həmin nöqtələrdə getdiyini vurğulayıb. "Hazırda hələ də əllərində geniş ərazilər olsa da, bu, bir neçə ay əvvələ baxanda xeyli azdır", - deyə o vurğulayıb.

İŞİD-in tutduğu yerləri itirir
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14