Suriyaya məxsus hərbi təyyarələr İŞİD-in Palmira şəhərindəki mövqelərinə hava zərbəsi endirib.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatı zamanı 160 yerüstü hədəfə zərbə endirilib.
Hərbçilər hava hücumu nəticəsində 50-dək terrorçunun məhv edildiyini bildirir. Terrorçulara məxsus silah-sursat anbarları məhv edilib, hərbi maşınlar sıradan çıxarılıb.
Suriya Hərbi-Hava qüvvələri Palmira şəhərinə gedən yolları, həmçinin, qaz yataqlarına yaxın əraziləri bombardman ediblər.
Ötən həftə İŞİD terror qruplaşmasının silahlıları qədim Palmira şəhərini ələ keçirib. Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.