İŞİD-in əcnəbi silahlıları NBM-ə hücum etdi: 15 ölü, 22 yaralı
26 aprel 2015 00:59 (UTC +04:00)

İŞİD-in əcnəbi silahlıları NBM-ə hücum etdi: 15 ölü, 22 yaralı

İŞİD terror qruplaşmasının əcnəbi silahlıları İraq-İordaniya sərhədində nəzarət-buraxılış məntəqəsində (NBM) terror aktı törədib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İŞİD internetdə yaydığı bəyanatda hücumun Fransa, Belçika və Seneqal vətəndaşları olan 3 silahlı tərəfindən törədildiyini bildirib.   

 

Terrorçu-kamikadzelərin İraqın Anbar əyalətindəki “Trebile” nəzarət-buraxılış məntəqəsində üç avtomobilin partlatması nəticəsində 15 hərbçi ölüb, 22 nəfər isə yaralanıb. Məlumata əsasən, silahlıların hücumuna NBM və məntəqədə xidmət çəkən hərbçilərin məişət otaqları məruz qalıb.

 

Partlayış nəticəsində NBM dağıdılıb, yaxınlıqdakı binalara ciddi ziyan dəyib.

 

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.    

 

Qeyd edək ki, terror aktından sonra İordaniya İraqla sərhədi bağlamağa qərar verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Oxşar yazılar