İŞİD-in başkəsəni başsız tapıldı
06 yanvar 2015 22:33 (UTC +04:00)

İŞİD-in başkəsəni başsız tapıldı

0

Suriyanın şərqində İŞİD terror qruplaşmasının liderlərindən birinin başı kəsilmiş meyiti tapılıb. APA-nın “Röyters”ə istinadən  verdiyi xəbərə görə, qətlə yetirilən şəxs Suriyada     İŞİD-in dini polis qurumunun rəis müavini səlahiyyətlərini icra edib. Edamların məhz bu qurum tərəfindən həyata keçirildiyi qeyd olunur. Başı bədənindən ayrılmış şəxsin ağzında siqaret (İŞİD-in dini polisi nəzarət etdiyi ərazilərdə siqaret çəkməyə qadağa qoyub), üzərində isə “Bu pislikdir” sözləri yazılmış kağız parçası tapılıb.      

 

Qətlə yetirilənin nüfuzlu şəxs olduğu bildirilir. Onun kim tərəfindən edam edildiyi məlum deyil.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar