İŞİD-in Suriyada həyata keçirdiyi edam aktları zamanı görüntülənən şəxslərdən birinin İngiltərə vətəndaş olduğu ortaya çıxıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, terror təşkilatının son yaydığı video-görüntülərdə baş kəsən şəxslərdən birinin İngiltərədə tibb üzrə təhsil alan 20 yaşlı Naser Muthana olduğu məlum olub.
20 yaşlı gəncin atası İngiltərənin "Daili Teleqraf" qəzetinə açıqlamasında çox məyus olduğunu deyib. “Tam əmin deyiləm amma videolardakı şəxs oğluma çox bənzəyir. Əgər odursa insanları öldürdüyü üçün Allahdan qorxsun. Onu heç zaman bağışlamaram, yəqin onun psixi probləmləri var ki, bu cur hərəkətlər edir”.
Muthana daha əvvəl iyul ayında terror təşkilatının yaydığı videoda görünüb. Naser artıq xeyli müddətdir ki, Suriyadadır. O, 17 yaşlı qardaşı Assel ilə birlikdə Suriyaya gedib.