“İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri, terrorçuların “xarici işlər naziri” Məhəmməd Əl-Hələb məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu Suriyanın Xasaka şəhərində öldürülüb. O, Suriya Silahlı Qüvvələrinin həyata keçirdiyi irimiqyaslı hücumu zamanı zərərsizləşdirilib.
Xatırladaq ki, apreldə İŞİD qruplaşmasının “müdafiə naziri”, mayda isə “neft naziri” məhv edilib.