İraqın Əl-Fəluca şəhərində İŞİD-in “maliyyə naziri” məhv edilib.
APA-nın verdiyi xəbərə görə, bu barədə “Iraqi News” portalı məlumat yayıb.
Məlumata görə, İŞİD-in “maliyyə naziri” kimi tanınan İbrahim Yassam Fazax İraq silahlı qüvvələrinin snayperinin gülləsinə tuş gəlib.
Qeyd edək ki, bundan əvvəl İraqın Hərbi-Hava Qüvvələri Əl-Fəlucanın İŞİD-dən olan qondarma merini hava zərbəsi nəticəsində məhv edib.