İŞİD-in 24 silahlısı asılacaq
09 iyul 2015 02:43 (UTC +04:00)

İŞİD-in 24 silahlısı asılacaq

İraq məhkəməsi İŞİD terror qruplaşmasının 24 üzvünü asılmaqla ölümə məhkum edib.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, onlar 2014-cü ildə Tikrit ətrafında İraq hərbi hava qüvvələrinin 1700 kursantının qətlində ittiham olunurlar.

 

İraq Ali Məhkəmə Şurasının sözçüsü Abdul-Sattar al-Birqdar onlardan 4 nəfərin bəraət aldığını bildirib. Bağdad məhkəməsi bu kütləvi qətlə görə, 603 terrorçuya qarşı ittiham irəli sürüb.

 

600 şübhəli isə hazırda axtarışdadır. Bu kütləvi qətl Səlahəddin əyalətindəki hərbi akademiyanı ələ keçirdikdən sonra törədilib və qurbanların əksəriyyəti şiələrdir. Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar