İŞİD terror qruplaşmasının silahlıları amansız edam səhnəsinin əks olunduğu yeni görüntülər yayıblar. Lent.az-ın “lifenews.ru”ya istinadən verdiyi xəbərə görə, video çarxda Suriya ordusunun zabitinin edam səhnəsi əks olunub. Cəllad rolunda isə 10 yaşlı oğlan çıxış edib. Kadrlarda uşağın bıçaqla əsirin başını kəsdiyi göstərilir.
“Dailу Mail”-ın məlumatına görə, edam Homs əyalətində həyata keçirilib. Hərbçinin Əl-Bosayri yaşayış məntəqəsi yaxınlığındakı blok-posta hücum zamanı əsir götürüldüyü bildirilir.