ABŞ-da Orta Asiyadan olan üç nəfər İŞİD-ə dəstək ittihamı ilə həbs edilib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.
Onlardan biri Nyu-York hava limanında Suriyaya keçməkdən ötrü Türkiyəyə yollanarkən saxlanılıb. İkincisi Floridada, üçüncüsü isə Bruklində həbs edilib.
24 yaşlı Özbəkistan vətəndaşı Əbdülrəsul Curabayev və 19 yaşlı Əhrar Saydəhmətov İŞİD tərəfdə vuruşmaq üçün Suriyaya getməyə hazırlaşmaqda ittiham olunurlar. 30 yaşlı özbək Əbror Həbibov isə Saytəhmədovun İŞİD-ə qoşulmasını maliyyələşdirməkdə suçlanır.
Hər üç saxlanılan Bruklində yaşayırmış.