Londonda fəaliyyət göstərən Strateji Dialoq İnstitutu və Beynəlxalq Radikallaşma Tədqiqatları Mərkəzi İŞİD terror qruplaşmasına qoşulan qadınlarla bağlı araşdırma aparıb.
İŞİD-ə qoşulan qadınların 550-dən çoxu Qərb ölkələrindəndir
ANS PRESS-in məlumatına görə, araşdırma 550-dən çox Qərb ölkələrindən olan qadının İŞİD-ə qoşulduğunu üzə çıxarıb.
Araşdırmada bildirilir ki, İŞİD-ə getdikcə daha cavan qadınlar qoşulur. Və onların imkanlı ailələrdən çıxmış və əksəriyyətinin yaxşı təhsil aldıqları da araşdırmadan sonra məlum olub.
"Reuters" xəbər verir ki, İŞİD sıralarına qoşulduğu ehtimal olunan 100-dən çox Qərb ölkələrindən olan qadının sosial şəbəkədəki fəaliyyətləri onların bir çox fərqli səbəblə terror təşkilatına qatıldıqlarını göstərir.
Araşdırma qadınların İŞİD-ə əsasən "cihad gəlini" olmaq üçün qatıldıqları iddiasının yanlış olduğunu göstərib. Belə ki, eynilə terror təşkilatına qatılan Qərb ölkələrindən gedən kişilər kimi, qadınlar da özlərini ictimai və mədəni olaraq təcrid hiss edir, müsəlmanların zülmə uğradığına inanır və bu mövzuda heç bir şey edilmədiyi üçün əsəbidirlər. Ayrıca idealist dini vəzifə, qız - qardaşlıq duyğusu və macəra ehtirası da onlar üçün cazibədar gəlir.
Lakin İŞİD rəhbərliyi altında həyat internetdə göstəriləndən çox fərqlidir. Şərtlər çətindir və bəzi qadınlar gənc yaşda dul qalırlar. İŞİD-in rəhbərliyi altında olan torpaqlarda Qərbli qadınların ilk və ən əhəmiyyətli məsuliyyəti "cihadçı ərlərinə" yaxşı bir yoldaş olmaq və "cihadçılığın" gələcəyi üçün mənbə olmaqdır.
Araşdırmada belə bir nəticəyə gəlinir ki, xüsusi olaraq qadınları hədəf alan həddindən artıq əleyhdarı İŞİD-in sosial şəbəkələrdə təbliğ etdiyi "ideal" həyatın reallıqla əlaqəsi olmadığını cəmiyyətə izah etmək lazımdır. Həmçinin Suriya və İraqdan dönənlərin cəmiyyətə qazandırılması və radikal ideologiyaya qarşı daha yaxşı proqramlar ortaya qoyulmasına ehtiyac olduğu vurğulanıb.
182