İŞİD-in nəzarətindəki Mosul su anbarı işğaldan azad olunub. Lent.az-ın xəbərinə görə, bu barədə “AFP” Şimali İraqdakı Kürd muxtariyyətinin rəsmilərinə istinadən xəbər yayıb.
İraqın ən böyük su anbarına nəzarəti bərpa etmək üçün dünən səhər saatlarında əməliyyata başlayan peşmərgəyə ABŞ hərbi hava qüvvələri də dəstək verib.
Mosul su anbarının terrorçulardan təmizlənməsi İraq ordusunun iyun ayından bu yana İŞİD-ə qarşı qazandığı ən böyük qələbə hesab olunur.
ABŞ prezidenti Barak Obama, İraq ordusunun Mosul su anbarına nəzarəti bərpa etmək üçün əməliyyatlarda iştirakına icazə vermişdi.
İŞİD su anbarında bəndləri açaraq Mosul şəhərini sulara qərq edəcəyi ilə hədələyirdi.