İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Deyr-əz-Zor əyalətində qocalar, qadınlar və uşaqlar daxil olmaqla 280-dək dinc sakini qətlə yetiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik”ə yerli sakinlər bildiriblər.
Məlumata görə, dəhşətli qətliam Deyr-əz-Zor əyalətinin Əl-Baqiliyyə kəndində baş verib.
Terrorçular Əl-Baqiliyyə kəndini ordu qüvvələri ilə əməkdaşlıqda ittiham edərək dinc sakinləri kütləvi şəkildə qətlə yetiriblər.