İstanbulda Türkiyənin Xatay şəhərinə uçmalı olan təyyarədən 10 indoneziyalı və 2 suriyalı sərnişin İŞİD haqda söhbət elədikləri üçün düşürülüblər.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə “Channel News Asiya” xəbər yayıb.
Polisin məlumatına görə, sərnişinlərdən biri indoneziyalılarda birinin ərəbcə cihad və İŞİD haqda danışdığını eşidib. Sayıq vətəndaş öz ehtiyatlılığını ekipaj üzvləri ilə bölüşüb. Onlar isə öz növbəsində təhlükəsizlik orqanları əməkdaşlarını çağırıblar.
İndoneziyanın xarici işlər nazirinin müavini Əbdürrəhman Məhəmməd Fakir bildirib ki, həmvətənlərinin həbs etməyiblər, yalnız dindiriblər. Şübhəli vətəndaşlar Xataydakı suriyalı qaçqınlara kömək aparan humanitar təşkilatın üzvləri çıxıblar. Bu məqsədlə onlar Türkiyədə yerli QHT-nin üzvləri ilə görüşməli imişlər.