İŞİD-çilərin günü necə keçir? -<span style="color:red;"> CƏHƏNNƏM ƏZABI - FOTO
04 dekabr 2014 17:24 (UTC +04:00)

İŞİD-çilərin günü necə keçir? - CƏHƏNNƏM ƏZABI - FOTO

0

İŞİD-in tərkibində vuruşan döyüşçülər üçün hazırlanmış günün nizam qaydalarının mətni yayılıb. Lent.az-ın xəbərinə görə, bu barədə analitik.az “Daily Mail”ə istinadən xəbər yayıb. İŞİD düşərgəsindən sızdırılan bir fotoşəkildə, döyüşçülərin bir gününün necə keçdiyi yazılıb. Səhər 4:30-da imsaq vaxtına qalxan cihadçılara 04:30-dan 06:00-ya qədər islam dərsləri keçirilir. 06:00-dan 08:00-ə qədər fiziki təlim və məşq edirlər. 08:00-dan 09:00-a qədər boş vaxtları olur. Boş vaxtlarında təmizlik aparırlar. 09:00 - 09:30 saatları arasında isə nahar etdikdən sonra, saat 10:00-da hərbi təlimlər başlayır. 12:40-da zöhr namazını qılırlar. Saat 13:00-da günorta yeməyi yeyirlər. Günortadan sonra 3-de hərbi təlimlər yenidən başlayır. 19:30-da axşam namazını qılan döyüşçülər, 20:00 ilə 21:00 saatları arasında dini təhsilə davam edirlər. 21:00-da axşam yeməyini yedikdən sonra otaqlarına çəkilən döyüşçülərin işıqları saat 22:00-da söndürülür. Ribat adlandırılan növbədəkiləri çıxmaqla hamısından eyni vaxtda yatmaq tələb olunur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar