İŞİD terror təşkilatı özünü Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX- FSB) agenti kimi təqdim edən adamın edam görüntülərini internetdə yerləşdirib.
Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, videoda silahlılar Rusiyanı yeni qanlı hücumlarla hədələyirlər.
Video-yazıda qırmızı kombinezonda olan adam rus dilində deyir ki, ötən ilin yayında FTX tərəfindən Maykopda işə götürülüb, sonra isə İraqda İŞİD-in nəzarət elədiyi əraziyə atılıb. O, həmçinin əslən Qroznıdan olduğunu söyləyib.
FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzindən belə bir informasiyaya malik olmadıqlarını bildiriblər.