İşçisi intihar edən restoran 500 min dollar ödəyəcək
06 noyabr 2014 04:28 (UTC +04:00)

İşçisi intihar edən restoran 500 min dollar ödəyəcək

Yaponiyada məhkəmə normadan kənar iş prosesinə, iş yükünə görə intihar edən işçinin ailəsinə 500 min dollar kompensasiya ödənilməsi barədə qərar çıxarıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, məhkəmə zamanı məlum olub ki, intihar edən kişi aylıq 200 saat iş saatına dözə bilməyib. Ona ay ərzində cəmi bir dəfə istirahət günü verilib. Yapon bu rejimdə 2007-ci ildən etibarən çalışıb. Bundan başqa, o, müntəzəm olaraq rəhbərlik tərəfindən təzyiq və təhqirə məruz qalırmış. Məhkəmə kişinin intiharında ruhi pozğunluq və intihara sövq etmə faktını qabardıb.

 

Mərhumun ailəsi rəhbərlikdən məhkəməyə şikayət edib. Ailəyə kompensasiyanı “Sun Challenge” restoran şəbəkəsi ödəyəcək. Xatırladaq ki, bu, Yaponiyada geniş yayılmış haldır və işçilərin istismarı adi sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Oxşar yazılar