İrəvanda yeni etirazlar gözlənilir
03 sentyabr 2015 01:13 (UTC +04:00)

İrəvanda yeni etirazlar gözlənilir

Sentyabrın 4-də İrəvanda etirazçılar Hökümət evinə girişi bağlayaraq nazirlər kabinetinin əməkdaşlarını iş yerlərinə buraxmamaq qərarına gəliblər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Ayağa qalx, Ermənistan” vətəndaş təşəbbüsünün rəhbərlərindən biri Andreas Qukasyan bildirib.

 

“Hesab edirik ki, artıq bu hakimiyyətin vaxtı keçib. Sentyabrın 4-də keçirəcəyimiz aksiyalar elektrik enerjisinin bahalaşmasına etiraz edənlər və ölkədə konstitusiya islahatlarına qarşı çıxanları birləşdirə bilər. Biz Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edəcəyik”, deyə A. Qukasyan bildirib.

 

Qeyd edək ki, sentyabrın 1-də İrəvanın mərkəzindəki Baqramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar