APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, ticarətçilər oktyabrın 1-də də aksiya keçirmiş, Ovik Abramyan isə oktyabrın 2-də onların nümayəndələri ilə görüşərək 3 gün ərzində qanunla bağlı təkliflərini irəli sürməyi vəd etmişdi.
Ticarətçilər əllərində “İri biznes sizsiniz - hakimiyyət” yazılan plakatlar tutublar. Şəhər polisinin nəzarətində keçən nümayiş iştirakçılarından üç nəfər seçilərək yenidən baş nazirin qəbuluna göndərilib.