Bu gün gündüz saatlarında İrəvanın mərkəzində atışma olub. Lent.az-ın Virtualaz.org saytına istinadən məlumatına görə, Ermənistan paytaxtının Nubaraşen rayonu ərazisində davamlı atəş səsləri eşidilib. İrəvan polisi dərhal hadisə yerinə cəlb olunub.
İlkin məlumatda deyilir ki, bir neçə şəxs “Nubaraşen” həbsxanasının ətrafında avtomatlardan atəş açıb. Atışma zamanı 3 nəfər ölüb. Onlardan biri hadisə yerində, ikisi isə xəstəxanada keçinib.
Qanlı qırğının səbəbləri və təfərrüatları barədə hələlik heç nə məlum deyil.