İrəvanda Prezident Administrasiyasının qarşısına yürüş olacaq
14 yanvar 2015 15:43 (UTC +04:00)

İrəvanda Prezident Administrasiyasının qarşısına yürüş olacaq

0

 

 

Ermənistanda Prezident Administrasiyasının binası qarşısına yürüş olacaq.

 

APA-nın “Armtoday”ə istinadən məlumatına görə, Gümrüdə rus hərbçisi tərəfindən törədilən qətl hadisəsi ilə əlaqədar bu gün Yerevanda Azadlıq meydanından Prezident Administrasiyasının binasına yürüş təşkil olunacaq.

 

Təşkilatçıların əsas tələbi rus hərbçisi tərəfindən qətlə yetirilən Avetisyan ailəsinin xatirəsinə ölkədə matəm günlərinin elan olunması, həmçinin cinayətin təhqiqatının Ermənistanda aparılmasıdır. Təşkilatçılar vurğulayıb ki, Rusiya cinayətkarı Ermənistana təhvil verməli və işə Ermənistan məhkəməsi baxmalıdır.

 

Daha sonra yürüş iştirakçıları Azadlıq meydanına qayıdacaq. Saat 19:00-da həmin ərazidə sözügedən cinayətin qurbanlarının xatirəsinə şam yandırılacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar