İrəvanda polis Baqramyan prospektini açıb
06 iyul 2015 15:02 (UTC +04:00)

İrəvanda polis Baqramyan prospektini açıb

0

 

 

Ermənistan polisi paytaxtda nümayişçilər tərəfindən bağlanmış Baqramyan prospektini açıb.

 

APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, polis etirazçıları prospektdən kənarlaşdırıb və nəqliyyatın hərəkətini bərpa edib. Aksiya iştirakçılarından bəziləri saxlanılıb. Proses zamanı polis əməkdaşlarının sayı nümayişçilərdən çox olub.

 

Hadisə zamanı müxalifətçi deputatlar Nikol Paşinyan və Naira Zohrabyan da orada olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar