İrəvanda leysan yağış etirazçılara mane olmadı
26 iyun 2015 01:39 (UTC +04:00)

İrəvanda leysan yağış etirazçılara mane olmadı

0

 İrəvanda ötən axşam hava şəraitinin qəfil pisləşməsinə baxmayaraq etiraz aksiyası hələ də davam edir.  Hətta leysan yağış və güclü külək aksiyanın dağılmasına səbəb ola bilməyib. APA-nın  NEWS.am-a istinadən verdiyi xəbərə görə, əksinə, axşam saatlarında ərazidə etirazçıların sayı xeyli artıb.

 

Qeyd edək ki, Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir. İyunun 23-də etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edilib, 237 nəfər saxlanılıb, 25 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 433

Oxşar yazılar