İrəvanda etirazlar səngimir
22 avqust 2015 07:15 (UTC +04:00)

İrəvanda etirazlar səngimir

0

“Ayağa qalx, Ermənistan” hərəkatının fəalları İrəvanın mərkəzindəki Respublika meydanında ötən gün axşam saatlarından başlayan etiraz aksiyasını səhərədək davam etdirmək niyyətindədirlər . APA-nın News.am-a istinadən verdiyi xəbərə görə, bu barədə aksiya zamanı hərəkat şurasının üzvü David Ovanisyan bildirib.

 

“Biz qanunsuzluğa yol vermiş polisləri gərginlikdə saxlayacağıq”, deyə o qeyd edib.   

 

Məlumata görə,  “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları növbəti aksiyanı eyni məkanda sentyabrın 4-də keçirməyi qərara alıblar.

 

Məlumata görə, vəziyyət meydanda gərgin olaraq qalmaqdadır, fəallar və polis arasında mübahisə və toqquşmalar davam edir. 

 

Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar