İrəvan polisindən etirazçılara çağırış
02 iyul 2015 07:53 (UTC +04:00)

İrəvan polisindən etirazçılara çağırış

Ermənistan polisi elektrik enerjisi tariflərinin qalxmasına qarşı iki həftədir davam edən etiraz aksiyasının iştirakçılarını Bağramyan prospektindən dağılışmağa çağırıb.  

 

“Polis aksiyanın təşkilatçı və iştirakçılarını sağlam düşüncə, konstitusiyaya və ölkənin qanunlarına, digər şəxslərin hüquq və qanuni maraqlarına hörmət  nümayiş etdirərək könüllü şəkildə Bağramyan prospektinin 10 gündür davam edən blokadasına son qoymağa çağırır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə polisin bəyanatında bildirilir.

 

Polis pozulmuş ictimai asayişin güc tətbiq etmədən xoş niyyət və qarşılıqlı anlaşma nümayiş etdirməklə bərpa olunacağına ümidvar olduğunu bildirib.   

 

Polis həmçinin  aksiyanın təşkilatçı və iştirakçılarını gələcəkdə ictimai tədbirləri Ermənistanın “Toplaşmaq azadlığı haqqında” qanununun tələblərinə əməl olunmaqla keçirməyə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar